Skip to main content

Posts

Showing posts from August, 2017

İBM-də işə qəbul prosesi haqda

Əsasi 1911-ci ildə Amerikada qoyulmuş IBM(International Business Machine) şirkəti hazirda(2016) dünyanın 170-ə yaxın ölkəsində, 380 000-ə yaxın işçi ilə fəaliyyət göstərir. “İBMer” olaraq tanınan işçilər arasında Nobel mükafatçilarından, dünyada bir çox patenti şirkətə qazandırmış və müxtəlif illərdə ilklərə imza atmaqla İnformasiya texnologiyası sahəsinə öz töhfələrini vermiş insanlar mövcuddur. Əvvəlki illərdə İBM şirkəti həm Aparat təminatı(hardware) həm də proqram təminatı(software), texniki qulluq(support), online servislərin satışı və s. məşğul olsa da son illərdə hardware biznesini Lenovo şirkətinə sataraq əsas istiqamət olaraq yalniz Software, Bulud servisler ve Süni intellekt sahələrini müəyyən etmişdir. Yuxarıda qeyd etdiyim kimi, İBM dünyanın bir çox yerində yerləşdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir. Ona görə də hər ölkəyə uyğun işə qəbul zamanı müxtəlif fərqlər mövcuddur. Bundan əlavə biznes fəaliyyəti də çox şaxəli olduğundan hər sahənin özü...