Skip to main content

İBM-də işə qəbul prosesi haqda

Əsasi 1911-ci ildə Amerikada qoyulmuş IBM(International Business Machine) şirkəti hazirda(2016) dünyanın 170-ə yaxın ölkəsində, 380 000-ə yaxın işçi ilə fəaliyyət göstərir. “İBMer” olaraq tanınan işçilər arasında Nobel mükafatçilarından, dünyada bir çox patenti şirkətə qazandırmış və müxtəlif illərdə ilklərə imza atmaqla İnformasiya texnologiyası sahəsinə öz töhfələrini vermiş insanlar mövcuddur. Əvvəlki illərdə İBM şirkəti həm Aparat təminatı(hardware) həm də proqram təminatı(software), texniki qulluq(support), online servislərin satışı və s. məşğul olsa da son illərdə hardware biznesini Lenovo şirkətinə sataraq əsas istiqamət olaraq yalniz Software, Bulud servisler ve Süni intellekt sahələrini müəyyən etmişdir.
Yuxarıda qeyd etdiyim kimi, İBM dünyanın bir çox yerində yerləşdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir. Ona görə də hər ölkəyə uyğun işə qəbul zamanı müxtəlif fərqlər mövcuddur. Bundan əlavə biznes fəaliyyəti də çox şaxəli olduğundan hər sahənin özünə uğun işə qəbul çətinlik dərəcəsi var.
Əvvəlcə xarici ölkəyə Azərbaycandan bir başa işçi olaraq gəlmək şanslarını qiymətləndirək. Bu tələbə olaraq təhsilə başlayıb sonradan iş tapmaqdan çətindir. Çünki bu zaman sizin üstünlüyünuz yalniz neçə illər ərzində qazandığınız təcrübə, bilik və bacarıqlarla ölçülür əgər Ali təhsiliniz hər hansı diplomu taninmış müəssisədə almamısınızsa. Bundan öncə isə iş axtarılan ölkədə sizin sahə üzrə işçi çatışmamazlığı olmalıdır ki, hansısa şirkət xaricdən işçi gətirməyə maraqlı olsun. Çünki xarici işçinin işə qəbulu yerli işçininkindən qat qat asan və rahat başa gəlir. Məsələn Avropa birliyi ölkələrini misal olaraq götürsək(Hətta orada da hər ölkənin özünə uyğün fərqli işə qəbul qaydaları var)İlk olaraq iş elanı yerli əmək bazarında çıxarılır. Tələbə uyğun işçi olmadıqda digər Avropa birliyi ölkələri üçün olan elana qoyulur, orada da olmadıqda artiq qeyri Avropa birliyi ölkələrindən seçilir.
Hal hazirda İT sahəsi çox böyük sürətlə inkişaf etdiyindən, yeni yeni istiqamətlər yarandığından işçilərə də tələbat artmişdır. Bu boşluq əsasən daha az inkişaf etmiş və daha az maaş verən Avropa ölkələrində özünü büruzə verir. Səbəb belədir. Böyük şirkətlər öz filiallarını öz xərclərini azaltmaq üçün əsasən daha az inkişaf etmiş ölkələrdə açırlar. Bu zaman artıq həmin ölkənin “baş bilənləri” digər daha çox inkişaf etmiş Avropa ölkələrində öz yerini tutmuş olurlar. Yeni açılan vakant iş yerlərini isə doldurmaq üçün xarici ölkələrdən işçi dəvət edirlər.

İBM şirkətinin işə qəbul tələbləri vakansiyadan asilı olaraq dəyişir. Amma ondan öncə müraciət olunan vakansiyaya uyğun namizədin CV-nin uyğunluğuna baxılır. Bu uyğünluğu isə bir insan deyil Avtomatlaşdırılmış bir proses yoxlayır. Yəni hər hansı vakansiyaya müraciət etməmişdən öncə CV-də qeyd etdiyin biliklərin müraciət etdiyin yerə uyğunluğuna baxmalısan və lazımdırsa müvafiq biliklərin varsa tələblərə uyğun keywordləri CV-ə daxil etmək lazımdır. Bu ona görə beladir ki, İBM kimi böyük şirkətlərə gün ərzində 100lərlə insan müraciət edə bilər hər hansı vakansiya üzrə. Bunun insan tərəfindən yoxlanılmasına xeyli resurs tələb olunur. Buna görədə həmin hakkında bəhs etdiyim proses ən çox uyğun gələn, məsələn 100 nəfəri filterləyib İnsan Resusrları işçilərinə göstərir və onlar sonradan həmin şəxslərindən içərisindən ən uğun gələnləri seçib menecerlərə göndərirlər. Yekunlaşdırsaq:
 - CV nin düzgün tərtibi, CV- vakansiya uyğunluğunu maksimum həddə çatdirmaq
CV avtomatik prosesin filterinddən uğurla keçdi deyək. Novbəti mərhələ HR-ların filteridir. Bu zaman artıq insan tərəfindən nəzəri cəlb olunan bilən hissələr diqqət etmək lazımdır. Mənim şəxsi fikrimə görə
1) bu indiyə qədər işlədiyin sahələrin səlis ingilis dilində axıcı şəkildə ardicıl olaraq CV-e yazmaqdır ki, orada iştirak etdiyin proyektlər, istifadə etdiyin texnologiyalar olmalıdır.
2) Hal hazırda trenddə olan “Agile”, “Scrum” kimi terminləri CV-ə daxil etmək.
3) Maraqlı cover Letter hazırlayıb qoşma kimi CV-ə əlavə etmək.
Növbəti mərhələ HR-la əlaqə mərhələsidir. Bu əslində heç mərhələ də deyil. Diqqəti cəlb edən namizədlər HR-dan mail alırlar. Maildə telefon zəngi üçün vaxt təyin olunur. İLk zəng adətən HR-dan olur. Bu zəng zamanı əgər texnoloji savadi varsa HR mütəxəssis sizin CV-nizə uyğun olan adam olub olmadığınızı yoxlamaq üçün bəzi sadə suallar verə bilər özünüz haqda. Bu zaman həyəcanlanmadan rahat şəkildə verilən suala cavab vermək lazımdır. Əgər ingilis dilində çox da sərbəst danışa bilmirsinizsə yaxşı olar ki, nə deyəcəyinizə qabaqcadan hazırlayıb elə söhbət edəsiniz. Bunun üçün bir neçə praktika lazımdır.
Sonraki mərhələ telefonla menecer və ya hər hansı texniki işçi tərəfindən olan texniki interviyudur. Buna artıq çox ciddi hazırlaşmaq lazımdır. Adətən ilk olaraq siz özünüzün hal hazırdaki işinizdən məlumat verirsiniz, hansi proyektlərdə çalışdığınızı bildirirsiniz. Bu hissədə nə danışdığınız növbəti hissədə sizə verilən sualları təyin edir. Məsələn siz ən çox Java-da proqam yazmısınızsa bu zaman daha çox o sahədə nə qədər güclü olduğunuzu yoxlamaq üçün ona uyğun suallar veriləcək. Bir də yaxşı olar ki, muraciət etdiyiniz vakansiyaya uyğun internetdən verilə biləcək ehtimal etdiyiniz standart sualları arasdırıb öyrənəsiz.
Əgər bu mərhələni də keçdiniz o zaman növbəti hissə sizə göndərilən offline tapşırıq ola bilər. Bu tapşırığı da maksimum tez şəkildə ətraflı həll etmək və cavablandırmaq lazımdır.

Bu yuxarıda yazdıqlarım öz təcrübələrimə əsasən topladıqlarımdır. Göründüyü kimi heç də elə də çətin və əlçatmaz görünmür, əsas istəmək, ilk uğursuzluqdan geri addım atmamaq, özünə inanmaq və müəyyən qədər də bəxt amili var.
İlk 2 sualin cavabini məncə yuxarıda ətraflı verdim artıq.
Şirkətin işçisi olmaq üçün münasib vakansiya tapıb əgər o və ya oxşar sahədə ən azı 2-3 il təcrübə varsa yuxarıda sadaladığım addımları yerinə yetirmək lazimıdır. Heç bir fitri istedad tələb olunmur :)
İBM vakansiylarına müraciət etmək üçün ya İBM Global careers (http://www-03.ibm.com/employment/) səhifəsindən ya da İBM işçisinin göndərdiyi referans linkindən qeydiyyat olub vakansiyaya müraciət etmək lazımdır. Sual oluna bilər ki, hansi yol daha effektivdir? Əlbəttə ki, referans linki ilə amma bu Rİyazi dillə desək zəruridir, kafi deyil. Əsas göstərici sizin öz göstəricilərinizdir.
İşə qəbul zamani heç bir dini, irqi, orientasiya, millət ayrı seçkiliyi qoyulmadan seçim olunur. Hətta bunu İBM-in web sehifesinde vakansiyalar bolmesinin baş səhifəsinə girəndə hiss etmək olur.
İşə qəbul zamanı şirkət inkişafla bağlı sizə heç bir vəd vermir, öz inkişafınız tam olaraq özünüzdən asılıdır. Amma İBM-in inkisaf üçün xeyli genis imkanları var. Online daxili trainingler kitabxanası çox genişdir. Bu barədə danişsam bura yerləşməyəcək. Bundan əlavə sinif şəklində traininglər də təşkil olunur. Amma onlarda iştirak edib etməməyiniz özünüzdən asılı şeylərdir. Sizə hədəflər qoyulur, ola bilər işlədiyiniz pozisiyadan asılı olaraq hansısa sertifikatin alınması tələbi olsun.

İBM-in bir yaxşı cəhəti də var ki, şirkətin fəaliyyət sahəsi geniş şaxəli olduğundan bir sahədə işləməkdən yorulsanız və ya hiss etsəniz ki, bu sizlik iş deyil, başqa bir sahəyə keçə bilərsiniz. Bu zaman amma sizin menecerin razılığı olmalıdır. Lakin yeni iş yerinin tapılması, ora keçidin təşkili özünüzdən asılıdır. Umumiyyətlə şirkətdə qabağa getmək isteyirsinizsə rahatlaşmadan daima öz üzərində işləmək, bacardıqca çoxlu lazimlı sertifikatlar almaq lazımdır.

Xaricə işləməyə gəlmək istəyənlərə məsləhətim odur ki, daima axtarışda olsunlar. Vakansiyaya müraciət etməyə, tələb olunan məlumatları doldurmağa ərinməsinlər və deməsinlər ki, onsuz da alınmayacaq. Cünki əvvəllər mən də ilk bu cür fikirləşirdim və hətta yaxınlarım belə bunun olacağına inanmırdılar. Linkedin profillərini daima yeniləsinlər. İnterviyuya ciddi hazırlaşsınlar, adi söhbət olsa belə. İlk dəfə alınmasa həvəsdən duşməsinlər. Çünki, hər yaşanmış şey insana əlavə təcrübə qazandırır, əksinə bu onların xeyrinədir. Etdikləri səhvlərdən nəticə çıxarıb onları bir daha təkrarlamamağa çalışsınlar. Boş vaxtlarında ingilis dilində söhbətlərə qulaq assınlar qulaqcıqla interviyu ərəfəsində. Bu çox xeyirıi bir şeydir. Qulaq öyrəşir danışığa. İnterviyunun özunü də qulaqcıqla etmək məsləhətdir. Bundan əlavə “Şparqalka”-lar hazırlamaq lazımdır interviyu üçün, çünki nə deyəcəyinizi unuda bilərsiniz söhbət əsnasında. Özünə güvən hiss olunmalıdır səs tonunuzdan. Qisacası hər hansı imtahana hazırlaşarcasına hazırlaşmaq lazımdır.

Ümid edirəm bütün bu yazdıqlarımın kiməsə faydası toxunmuş olacaq. Hər kəsə uğurlar.


Comments